Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,83 ABŞ dolları və ya 2,58% artaraq 72,78 ABŞ dollarına yüksəlib.
Məlumata görə, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 70,95 ABŞ dolları səviyyəsində olub.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində hesablanıb. Hazırkı qiymət büdcədə nəzərdə tutulan göstəricidən 7,78 ABŞ dolları yüksəkdir.
