Ötən gün hərracların bağlanışında Avropada təbii qazın 1000 kubmetrinin qiyməti 400 ABŞ dollarını ötüb.
Finss.az xəbər verir ki, 19 fevral tarixində Niderlandın TTF (Title Transfer Facility) indeksi üzrə mart fyuçerslərinin qiyməti 403,7 ABŞ dolları təşkil edib. Bu göstərici əvvəlki hesablama qiyməti olan 385,1 dollar ilə müqayisədə 4,8% artım deməkdir.
TTF Avropanın ən likvid virtual qaz ticarət mərkəzi hesab olunur və burada formalaşan qiymətlər qitə üzrə qaz bazarı üçün əsas istinad göstəricisi kimi çıxış edir.
Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya nəqlinə başlanılıb. Bu marşrut Cənub Qaz Dəhlizinin mühüm seqmenti olmaqla Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində əhəmiyyətli rol oynayır.
