BİRJA

20 Fevral

Qızıl Asiya sessiyasında bahalaşdı, gümüş ucuzlaşdı

Finss.az - Asiya ticarət sessiyası zamanı qızıl qiymətlərində artım qeydə alınıb.

COMEX birjasında aprel ayı üzrə qızıl fyuçersləri 0,44% bahalaşaraq 5 019,26 dollar səviyyəsinə çatıb.

Texniki baxımdan 4 854,20 dollar səviyyəsi əsas dəstək, 5 074,40 dollar isə müqavimət zonası kimi qiymətləndirilir. Analitiklər bildirirlər ki, qiymətin bu intervalda hərəkəti yaxın müddətdə bazarın istiqamətini müəyyən edə bilər.

Dollar indeksinin cüzi artımı fonunda digər qiymətli metallarda qarışıq dinamika müşahidə olunub. Gümüş ucuzlaşıb, mis isə cüzi artım göstərib.

Ekspertlər hesab edirlər ki, qızılın qiymət dinamikası yaxın günlərdə dolların hərəkəti və qlobal risk amillərindən asılı olacaq.