BİRJA

19 Fevral

Qızıl və gümüş bahalaşıb

Finss.az - Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Birja məlumatlarına əsasən, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın 2026-cı ilin aprel fyuçersləri üzrə qiyməti 0,1% yüksələrək bir troya unsiyası üçün 5 014,69 ABŞ dollarına bərabər olub.

Eyni zamanda COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də 0,22% artaraq 77,77 ABŞ dolları təşkil edib.