Finss.az - Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Məlumata görə, Azərbaycan neftinin 1 barelinin qiyməti 2,03 ABŞ dolları və ya 2,95% artaraq 70,95 ABŞ dollarına bərabər olub. Əvvəlki qiymət 68,92 ABŞ dolları təşkil edib.
Qeyd olunur ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
