BİRJA

18 Fevral

Dünya bazarlarında neftin qiyməti artıb

ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri 0,27% artaraq 1 barelə görə 67,60 ABŞ dolları təşkil edib.

Finss.az-ın məlumatına görə, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti də 0,24% artaraq 62,48 ABŞ dollarına bərabər olub.

Beləliklə, hər iki əsas etalon neft markası üzrə fyuçers müqavilələrində müsbət qiymət dinamikası müşahidə olunur.