BİRJA

18 Fevral

Qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,90% artaraq 4 950 ABŞ dollarına bərabər olub.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 2,58% artaraq 75,44 ABŞ dolları səviyyəsində formalaşıb.