Finss.az - Qlobal bazarlarda qızılın qiyməti sabitləşib.
Əvvəlki ticarət günündə 2%-dən çox ucuzlaşan qiymətli metal geosiyasi gərginliyin azalması və ABŞ dollarının möhkəmlənməsi fonunda təzyiq altında qalıb.
ABŞ və İran arasında danışıqlarda irəliləyiş siqnalları risk iştahını artırıb və təhlükəsiz aktivlərə, o cümlədən qızıla tələbi azaldıb.
Digər tərəfdən, güclənən dollar və ABŞ-da faiz dərəcələrinin tezliklə endiriləcəyi ilə bağlı gözləntilərin zəifləməsi də qiymətlərə mənfi təsir göstərib.
Hazırda investorlar ABŞ Federal Ehtiyat Sisteminin yanvar iclasının protokolunu və cümə günü açıqlanacaq PCE inflyasiya göstəricisini gözləyirlər. Bu məlumatlar faiz siyasətinin gələcək istiqaməti ilə bağlı mühüm siqnallar verə bilər.
