Dünya kriptovalyuta bazarında 17 fevral 2026-cı il tarixində əsas rəqəmsal aktivlər müsbət dinamika nümayiş etdirib.
Finss.az xəbər verir ki, son 24 saatda Bitcoin +1,9% bahalaşaraq təxminən 73 150 ABŞ dolları səviyyəsində qərarlaşıb. Həftəlik artım isə +3,7% təşkil edib, bazar kapitallaşması 1,46 trilyon dollar və bazar dominansı təxminən 50% səviyyəsindədir.
Ethereum son 24 saatda +1,2% yüksələrək 2 250 dollar olub. Son 7 gündə artım +2,9% təşkil edir və bazar dəyəri 278 milyard dollar səviyyəsində qiymətləndirilir.
Digər əsas altkoinlər də müsbət dinamika göstərib:
- BNB +0,8%
- XRP +0,7%
- Solana +0,5%
- Dogecoin +0,9%
Ümumi kripto bazar kapitallaşması təxminən 2,88 trilyon dollar, gündəlik ticarət həcmi isə 98 milyard dollar səviyyəsindədir.
