BİRJA

17 Fevral

Azərbaycan nefti bahalaşıb

Dünya enerji bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiymətində artım qeydə alınıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,79 ABŞ dolları və ya 1,14% yüksələrək 70,36 ABŞ dollarına bərabər olub. Əvvəlki ticarət sessiyasında bu göstərici 69,57 ABŞ dolları təşkil etmişdi.

Beləliklə, “Azeri Light” markalı xam neftin qiyməti artım dinamikası nümayiş etdirərək əvvəlki səviyyəni üstələyib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb. Hazırkı qiymət büdcə proqnozunu təxminən 5,36 ABŞ dolları üstələyir.