Əmtəə bazarlarında qiymətli metallar üzrə fyuçers kotirovkalarında azalma qeydə alınıb.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,94% azalaraq 4 967,35 ABŞ dollarına bərabər olub.
Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçers müqaviləsinin dəyəri də 1,96% geriləyərək 75,055 ABŞ dolları təşkil edib.
