BİRJA

16 Fevral

Qızıl və gümüş ucuzlaşıb

Finss.az - Əmtəə bazarlarında qiymətli metallar üzrə fyuçers qiymətləri azalıb.

Nyu-Yorkda yerləşən COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin aprel fyuçerslərinin qiyməti 0,82% azalaraq 5 004,91 ABŞ dolları təşkil edib.

Eyni birjada gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti isə 3,12% azalaraq 75,533 ABŞ dollarına düşüb.