Finss.az - Qitələrarası birja olan ICE London platformasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin 2026-cı ilin aprel ayı üzrə ixrac müqaviləsinin dəyəri 0,03% artaraq 1 barel üçün 67,77 ABŞ dolları təşkil edib.
Eyni zamanda, Nyu-Yorkda yerləşən NYMEX əmtəə birjasında 2026-cı ilin aprel ayında ixrac olunmaq şərtilə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,03% artaraq 62,77 ABŞ dollarına yüksəlib.
