Finss.az - ABŞ fond bazarları cümə günü ticarəti qarışıq nəticələrlə başa vurub.
Yanvar ayında inflyasiyanın 2,4%-ə qədər zəifləməsi investorların Federal Ehtiyat Sisteminin bu il üçüncü dəfə faiz endirə biləcəyi ilə bağlı gözləntilərini gücləndirib.
Korporativ hesabatlar fonunda Applied Materials, Rivian və Coinbase səhmləri kəskin bahalaşıb. Airbnb, Moderna və Wendy’s də müsbət nəticələr açıqlayıb.
Əksinə, bir internet xidmət şirkətinin zəif gəlir proqnozu səhmlərin 16,8% enməsinə səbəb olub.
Ticarətin yekununda Dow Jones və SP 500 indeksləri cüzi artım göstərib, Nasdaq isə azalma ilə bağlanıb.
