Finss.az - Bazar ertəsi Asiya fond bazarlarında aktivlik aşağı olub.
Çində bayram günləri səbəbindən ticarət zəifləyib, Yaponiyada isə IV rüb üzrə gözləntilərdən aşağı iqtisadi artım səhmlərin ucuzlaşmasına səbəb olub.
Nikkei 225 və TOPIX indeksləri zəif ÜDM göstəricilərindən sonra geriləyib. Yaponiya iqtisadiyyatı illik ifadədə cəmi 0,2% artıb. Analitiklər zəif biznes investisiyalarını və ixrac tələbinin azalmasını əsas səbəb kimi göstərirlər.
Honq-Konq bazarında isə Hang Seng indeksi müsbət dinamika nümayiş etdirib. CMOC Group və Laopu Gold indeksə daxil edildikdən sonra kəskin bahalaşıb.
Avstraliya bazarı artım göstərsə də, Sinqapur və Hindistan bazarlarında eniş müşahidə olunub. Hindistanda texnologiya sektoruna təzyiq Nifty 50 indeksinin zəifləməsinə səbəb olub.
