Finss.az - Bazar ertəsi Asiya birjalarında qızıl qiymətləri dar diapazonda ticarət olunub.
ABŞ və Çində, eləcə də regionun digər ölkələrində bayram günləri səbəbindən ticarət aktivliyi zəif olub.
İnvestorların diqqəti hazırda dünyanın aparıcı iqtisadiyyatlarından gələcək makroiqtisadi siqnallara yönəlib. Xüsusilə ABŞ-da faiz dərəcələrinin gələcək istiqaməti ilə bağlı qeyri-müəyyənlik son həftələrdə qızıl bazarında volatilliyi artırıb.
Buna baxmayaraq, qiymətli metal ötən həftəni psixoloji əhəmiyyət daşıyan 5 000 dollar/unsiya səviyyəsindən yuxarı başa vurub.
Son göstəricilərə görə, spot qızıl 0,3 faiz azalaraq 5 028,79 dollar təşkil edib. Aprel ayı üzrə qızıl fyuçersləri isə 5 047,21 dollar səviyyəsində sabit qalıb.
