Finss.az - 13 fevral 2026-cı il tarixində dünya maliyyə birjalarında qızılın qiyməti əvvəlki sessiya ilə müqayisədə artıb, kriptovalyuta bazarında isə qarışıq dinamika müşahidə olunub.
Birja məlumatlarına əsasən, COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə spot və fyuçers qiymətlərinin təxminən 1,10 % artaraq 5 120 ABŞ dolları səviyyəsinə yüksəlib.
Kriptovalyuta bazarında Bitcoin (BTC)-in son 24 saat ərzində təxminən 2,30 % bahalaşaraq 68 400–68 900 ABŞ dolları aralığında ticarət olunub.
Eyni zamanda, Ethereum (ETH)-un qiymətinin sutka ərzində təxminən 1,50 % azalaraq 1 940–1 950 ABŞ dolları səviyyəsində formalaşdığı vurğulanıb.
Bundan əlavə, XRP və Solana (SOL) kimi digər rəqəmsal aktivlər mənfi faiz göstəriciləri ilə ticarət olunub.
Beləliklə, 13 fevral tarixində qızıl bazarında artım, kriptovalyuta seqmentində isə selektiv və qeyri-sabit dinamika müşahidə olunduğu açıqlanıb.
