Finss.az - Azərbaycan Mərkəzi Bankı 13 fevral 2026-cı il tarixindən etibarən rəsmi valyuta və bank metalları məzənnələrini açıqlayıb.
Məlumata görə, ABŞ dollarının məzənnəsi 1,7000 manat səviyyəsində sabit qalıb. Avro 2,0167 manat, İngilis funt sterlinqi 2,3140 manat, Avstraliya dolları 1,2040 manat, Kanada dolları 1,2483 manat, İsveçrə frankı 2,2076 manat təşkil edib. Çin yuanı 0,2461 manat, Gürcü larisi 0,6340 manat səviyyəsində müəyyən olunub.
Digər valyutalar arasında Yapon yeni 100-lük üzrə 1,1092 manat, Rusiya rublu 100-lük üzrə 2,2015 manat, Qazaxıstan tengəsi 100-lük üzrə 0,3438 manat, Macarıstan forinti 100-lük üzrə 0,5320 manat olub. Türk lirəsi 0,0389 manat, Ukrayna qrivnası isə 0,0395 manat səviyyəsində müəyyənləşib.
Bank metalları bazarında bir troy unsiya qızıl 8,461.7840 manat, gümüş 131,0213 manat, platin 3,466.5890 manat, palladium 2,840.0880 manat dəyərində müəyyən edilib.
Mərkəzi Bank bildirib ki, açıqlanan məzənnələr üzrə valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı hər hansı öhdəlik daşınmır.
