BİRJA

13 Fevral

Avropa fond bazarları günü enişlə başa vurdu

Finss.az - Avropa səhm bazarları cümə axşamı keçirilən ticarət sessiyasının yekununda əsasən azalma ilə bağlanıb.

Stoxx Europe 600 indeksi 0,49% azalaraq 618,52 bənd təşkil edib.
FTSE 100 0,67%, FTSE MIB 0,62%, IBEX 35 0,82% geriləyib. DAX 0,01% dəyişib, CAC 40 isə 0,33% artıb.

Böyük Britaniya iqtisadiyyatı

Milli Statistika İdarəsinin (ONS) ilkin məlumatına görə, Böyük Britaniyada 2025-ci ilin IV rübündə ÜDM əvvəlki rüblə müqayisədə 0,1%, illik ifadədə isə 1% artıb. 2025-ci il üzrə ümumi iqtisadi artım 1,3% təşkil edib.

Şirkət xəbərləri

  • Schroders Plc səhmləri 28,7% bahalaşıb. Nuveen şirkəti onu 9,9 mlrd funt sterlinqə (13,5 mlrd dollar) almaq niyyətini açıqlayıb.

  • Anheuser-Busch InBev səhmləri 5,6% artıb – şirkətin gəliri 5%, xalis mənfəəti isə 1,6 dəfə yüksəlib.

  • Siemens AG 0,9% bahalaşıb – maliyyə göstəriciləri gözləntiləri üstələyib.

  • Michelin 4,7% artım göstərib və 2 mlrd avroluq səhmlərin geri alım proqramını elan edib.

  • Hermes International səhmləri 2,8% yüksəlib.

  • Unilever 0,3% bahalaşıb, lakin 2026-cı il üzrə gəlir proqnozunu aşağı salıb və 1,5 mlrd avroluq buyback açıqlayıb.

  • Magnum Ice Cream bölməsi zəif nəticələr fonunda 16% dəyər itirib.

  • Adyen NV səhmləri 20,3% ucuzlaşıb – 2026-cı il proqnozu bazarı məyus edib.

  • Mercedes-Benz 1,5% geriləyib.

  • Sanofi 4,2% ucuzlaşıb – şirkət CEO dəyişikliyi barədə məlumat verib.