BİRJA

13 Fevral

Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondunun istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az - 16 fevral 2026-cı il tarixində Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanəti Fondu istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir. Hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir:

 

Qiymətli kağızın ISIN kodu

AZ2108008684

Emissiya həcmi

50 000 000 manat

Nominal qiyməti

1 000.00 manat

Hərrac qiyməti

1 000.00 manat

İstiqrazların tədavül müddəti

7200 gün

Faiz dərəcəsi

3.00%

Faiz gəlirinin ödəniş müddəti

180 gündən bir (6 aydan bir)

Anderrayter

“İnvest-Az İ.Ş” QSC