BİRJA

12 Fevral

"KƏPƏZ BOKT" MMC-nin istiqrazlarının abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutmuşdur

Finss.az - 29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KƏPƏZ BOKT" MMC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların abunə yazılışı 02.02.2026-cı il tarixində başlayıb, 10 təqvim günü davam edərək, 11.02.2026-cı il tarixində bitmişdir.

AZ2013020808 İSİN kodlu istiqrazların yerləşdirilməsi 12 fevral 2026-cı il tarixində həyata keçirilmişdir.

Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n  3.19  bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"KƏPƏZ BOKT" MMC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2013020808

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Abunə yazılışı

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

100 manat

İstiqrazların buraxılış həcmi

1,000,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər ay (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir.

Tədavül müddəti

24 ay

Minimal qiymət

100 (15.0000%) manat 

Maksimal qiymət

100 (15.0000%) manat

Kəsmə qiymət

100 (15.0000%) manat

Ortaçəkili qiymət

100 (15.0000%) manat

Reallaşdırılmış həcm

1,000,000 manat

Sifarişlərin ümumi həcmi (nominal qiymətlə)

1,000,000 manat

İnvestor sayı

52

Sifariş sayı

52

Anderrayter

 “Troni İnvestisiya Şirkəti” QSC