Finss.az - Azərbaycan Mərkəzi Bankı 12 fevral 2026-cı il üçün rəsmi valyuta və bank metalları məzənnələrini açıqlayıb.
Məlumata görə, ABŞ dollarının məzənnəsi 1,7000 manat səviyyəsində sabit qalıb. Avro 2,0165 manat, İngilis funt sterlinqi 2,3162 manat, Avstraliya dolları 1,2096 manat, Kanada dolları 1,2514 manat, İsveçrə frankı isə 2,2034 manat təşkil edib. Çin yuanı 0,2463 manat, Gürcü larisi 0,6336 manat qiymətinə alınıb.
Digər valyutalar arasında Yapon yeni 100-lük üzrə 1,1122 manat, Rusiya rubulu 100-lük üzrə 2,1985 manat, Qazaxıstan tengəsi 100-lük üzrə 0,3444 manat, Macarıstan forinti 100-lük üzrə 0,5314 manat olub. Türk lirəsi 0,0390 manat, Ukrayna qrivnası isə 0,0395 manat səviyyəsində müəyyənləşib.
Bank metalları bazarında isə bir troy unsiya qızıl 8,614,5545 manat, gümüş 141,8023 manat, platin 3,603,6600 manat, palladium 2,919,4015 manat dəyərində müəyyənləşib. Mərkəzi Bank bildirir ki, açıqlanan məzənnələr üzrə valyuta və metalların alqı-satqısı ilə bağlı öhdəlik daşınmır.
