Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 1,06 ABŞ dolları və ya 1,49% artaraq 72,2 ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 71,14 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Hazırkı qiymət büdcə proqnozundan 7,2 ABŞ dolları yüksəkdir.
