BİRJA

12 Fevral

Brent və WTI nefti bahalaşıb

“ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin qiyməti artıb.

Finss.az xəbər verir ki, 2026-cı ilin aprel müqaviləsi üzrə Brent neftinin 1 barelinin dəyəri 0,27% yüksələrək 69,59 ABŞ dolları təşkil edib.

Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac şərti ilə “WTI” markalı neftin 1 barelinin qiyməti də 0,36% artaraq 64,86 ABŞ dollarına bərabər olub.

Beləliklə, son sessiyada hər iki əsas etalon neft markası üzrə qiymətlərdə müsbət dinamika qeydə alınıb.