Finss.az - 11 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM Kapital” QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 18.02.2026-cı il tarixində keçiriləcəkdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"FERRUM Kapital” QSC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2022022282 |
|
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi / Birqiymətli Hərrac |
|
İstiqrazların sayı |
40,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
4,000,000 manat |
|
İllik gəlirlilik faizi |
14% |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
|
Tədavül müddəti |
12 ay |
|
Ticarətə buraxılma tarixi |
18.02.2026 |
|
Anderrayter |
“Unicapital İnvestisiya Şirkəti” ASC |
