BİRJA

11 Fevral

Bakı Fond Birjası Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyası ilə görüş keçirib

10 fevral 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) rəhbərliyi Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiyasının nümayəndə heyəti ilə görüş keçirib.

Finss.az - Görüş çərçivəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov IMF-in Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə “Maliyyə bazarları: son inkişaflar, islahat istiqamətləri və Azərbaycanda maliyyə dərinləşməsi perspektivləri” mövzusu ətrafında geniş fikir mübadiləsi aparıb.

Müzakirələr zamanı ölkənin kapital bazarlarında müşahidə olunan cari tendensiyalar, bazar infrastrukturunun təkmilləşdirilməsi, institusional çərçivənin gücləndirilməsi və maliyyə alətlərinin şaxələndirilməsi istiqamətində həyata keçirilən təşəbbüslər diqqət mərkəzində olub. Eyni zamanda, maliyyə dərinləşməsinin artırılması və investor bazasının genişləndirilməsi perspektivləri ilə bağlı baxışlar bölüşülüb.