Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti cüzi azalıb.
Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,07 ABŞ dolları və ya 0,1% azalaraq 71,14 ABŞ dollarına bərabər olub. Əvvəlki qiymət isə 71,21 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı neftin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində götürülüb.
