BİRJA

11 Fevral

Neft bahalaşdı

Finss.az - Asiya ticarət sessiyası zamanı WTI markalı neftin qiyməti yüksəlib.

Mart fyuçersləri 0,84% artaraq 64,50 dollar səviyyəsinə çatıb.

Analitiklərin fikrincə, dolların zəifləməsi neft qiymətlərinə dəstək verib. USD indeksi 0,11% geriləyərək 96,57 bəndə enib.

Brent nefti də artım nümayiş etdirib və aprel müqavilələri 69,33 dollar səviyyəsinə yüksəlib. Hazırda Brent ilə WTI arasında qiymət fərqi 4,83 dollar təşkil edir.