Finss.az - Qərbi Avropa fond bazarları çərşənbə axşamı əsasən azalma ilə bağlanıb.
Yalnız Fransa birjası günü müsbət zonada başa vurub.
Stoxx Europe 600 indeksi 0,07% azalaraq 620,97 bəndə düşüb. Böyük Britaniya, Almaniya, İtaliya və İspaniya indeksləri gerilədiyi halda, Fransanın CAC 40 indeksi cüzi artım nümayiş etdirib.
Bazar iştirakçıları Böyük Britaniyada baş nazir Kir Starmer ətrafında yaranan siyasi qalmaqalı diqqətlə izləyib. Bununla yanaşı, şirkətlərin rüblük hesabatları da ticarətin əsas hərəkətverici qüvvəsi olub.
Günün liderləri arasında Thule Group, Royal Philips, Kering və Ferrari yer alıb. Ən böyük eniş isə BP səhmlərində qeydə alınıb.
