BİRJA

11 Fevral

ABŞ fond bazarlarında qarışıq dinamika: Dow Jones tarixi maksimuma yüksəldi

Finss.az - ABŞ fond bazarları çərşənbə axşamı sessiyanı fərqli istiqamətlərdə başa vurub. Dow Jones indeksi artaraq yeni tarixi maksimum müəyyən edib, SP 500 və Nasdaq isə azalıb.

Bazar iştirakçıları zəif pərakəndə satış statistikası və şirkətlərin rüblük maliyyə hesabatlarını qiymətləndiriblər. Dekabr ayında ABŞ-də pərakəndə satışların artmaması və bayram mövsümündə gözləntilərdən aşağı nəticələr FED-in bu il faiz dərəcələrini daha aqressiv şəkildə endirə biləcəyi ilə bağlı ehtimalları gücləndirib.

Korporativ hesabatlar fonunda Spotify, Hasbro və Marriott səhmləri kəskin bahalaşıb. SP Global-in zəif proqnozu isə reytinq sektorunda satış dalğasına səbəb olub.

Ticarət sessiyasının yekununda Dow Jones 50 188,14 bəndə yüksəlib. SP 500 6 941,81 bəndə, Nasdaq isə 23 102,47 bəndə enib.