BİRJA

09 Fevral

Brent və WTI neftinin fyuçers qiymətləri ucuzlaşıb

Qlobal neft bazarlarında fyuçers qiymətlərində azalma qeydə alınıb.

Finss.az-ın məlumatına görə, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri əvvəlki günlə müqayisədə 0,96% azalaraq 1 barel üçün 67,40 ABŞ dolları təşkil edib.

Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac olunmaqla “WTI” markalı neftin bir barelinin qiyməti də 0,94% ucuzlaşaraq 62,95 ABŞ dollarına bərabər olub.