BİRJA

09 Fevral

Əmtəə bazarlarında qızıl və gümüş bahalaşıb

Əmtəə bazarlarında qiymətli metallar üzrə fyuçers qiymətlərində artım müşahidə olunub.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin aprel fyuçersləri əvvəlki göstərici ilə müqayisədə 1,11% bahalaşaraq 5 035 ABŞ dollarına yüksəlib.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti də əhəmiyyətli artım nümayiş etdirib. Belə ki, gümüş fyuçersləri 5,85% yüksələrək 81,39 ABŞ dolları səviyyəsində formalaşıb.