Finss.az - Dünya neft bazarlarında həftə enişlə başlayıb.
Brent və WTI markalı neftin qiymətləri ABŞ və İran arasında aparılan danışıqlardan sonra geosiyasi risklərin azalması fonunda ucuzlaşıb.
Omanda keçirilən görüşlərdə tərəflərin dialoqu davam etdirmək barədə razılığa gəlməsi Yaxın Şərqdə neft tədarükünün pozulması ilə bağlı qorxuları zəiflədib. Analitiklər bu amilin bazarda qısamüddətli təzyiq yaratdığını bildirirlər.
Bununla yanaşı, regionda hərbi və siyasi gərginliyin tam aradan qalxmaması neft qiymətlərində kəskin enişin qarşısını alır. ABŞ-ın Yaxın Şərqdə hərbi mövcudluğunu artırması və İranın nüvə proqramı ətrafında qeyri-müəyyənlik bazar üçün risk amili olaraq qalır.
Yaxın günlərdə neft bazarında əsas diqqət ABŞ–İran danışıqlarının növbəti mərhələsinə və geosiyasi xəbərlərə yönələcək.
