BİRJA

06 Fevral

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Finss.az - Azərbaycan Mərkəzi Bankı 6 fevral 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini elan edib.

Rəsmi bülletenə əsasən, 1 ABŞ dollarının məzənnəsi 1,7000 manat, 1 avro 2,0052 manat, 1 İngilis funt sterlinqi 2,3052 manat, 1 Avstraliya dolları 1,1802 manat, 1 Kanada dolları 1,2413 manat, 1 İsveçrə frankı 2,1892 manat, 1 Çin yuanı 0,2450 manat, 1 Gürcü larisi isə 0,6325 manat səviyyəsində müəyyən edilib.

Digər xarici valyutalar üzrə rəsmi məzənnələrə görə, 100 Yapon yeni 1,0854 manat, 100 Rusiya rublu 2,2154 manat, 100 Qazaxıstan tengəsi 0,3427 manat, 100 Macarıstan forinti 0,5272 manat, 1 Türk lirəsi 0,0390 manat, 1 Ukrayna qrivnası isə 0,0394 manat təşkil edib.

Bank metalları üzrə rəsmi göstəricilərə əsasən, 1 troy unsiya qızıl 8 174,1950 manat, 1 troy unsiya gümüş 123,0588 manat, 1 troy unsiya platin 3 350,1390 manat, 1 troy unsiya palladium isə 2 779,3640 manat səviyyəsində müəyyən olunub.

Mərkəzi Bank qeyd edib ki, açıqlanan məzənnələr üzrə xarici valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı hər hansı öhdəlik daşınmır.