BİRJA

06 Fevral

Avropada qaz bahalaşıb

Avropa qaz bazarında qiymətlərdə artım qeydə alınıb.

Finss.az xəbər verir ki, ötən gün hərracların bağlanışında Avropada 1000 kubmetr təbii qazın qiyməti 412 ABŞ dollarını ötüb. 5 fevral tarixində Niderlandın TTF (Title Transfer Facility) indeksində mart ayı üzrə fyuçerslərin qiyməti 412,5 ABŞ dolları səviyyəsində formalaşıb.

Bu göstərici əvvəlki hesablama qiyməti olan 409,4 ABŞ dolları ilə müqayisədə 0,7% artım deməkdir. TTF indeksi Avropanın ən likvid virtual qaz ticarət mərkəzi hesab olunur və region üzrə qiymət formalaşmasında əsas göstəricilərdən biridir.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-dən etibarən Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə Azərbaycan qazının Avropaya nəqli həyata keçirilir. TAP layihəsi Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsində mühüm rol oynayır.