Dünya birjalarında neft qiymətlərində artım müşahidə olunub.
Finss.az xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri 0,95% artaraq 1 barel üçün 68,19 ABŞ dolları səviyyəsində formalaşıb.
Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayında ixrac edilməklə “WTI” markalı xam neftin 1 barelinin qiyməti də 1,06% yüksələrək 63,96 ABŞ dolları təşkil edib.
