Nyu-Yorkun “NYMEX” əmtəə birjasında təbii qaz üzrə fyuçers kotirovkalarında azalma müşahidə olunub.
Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin mart ayında çatdırılmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 milyon BTU (British thermal unit – Britaniya istilik vahidi) üzrə 0,51% azalaraq 3,498 ABŞ dolları səviyyəsində formalaşıb.
