BİRJA

06 Fevral

Qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qiymətli metallarda azalma müşahidə olunub.

Finss.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası (31,1 qram) üzrə 2026-cı ilin fevral fyuçerslərinin qiyməti 0,52% azalaraq 4 864,06 ABŞ dolları səviyyəsində formalaşıb.

Eyni zamanda, COMEX-də gümüşün bir unsiyası üzrə 2026-cı ilin mart fyuçerslərinin qiyməti 4,1% azalaraq 73,61 ABŞ dollarına enib.