BİRJA

06 Fevral

“Azeri Light” markalı neftinin qiyməti cüzi ucuzlaşıb

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti cüzi ucuzlaşıb.

Finss.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,03 ABŞ dolları azalaraq 69,77 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, “Azeri Light” markalı neftin əvvəlki qiyməti 69,80 ABŞ dolları olub.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Hazırkı bazar qiyməti isə büdcə proqnozundan 4,77 ABŞ dolları yüksəkdir.