Finss.az - 29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FNC BOKT" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2001024242 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 05.02.2026-cı il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"FNC BOKT" QSC |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2001024242 |
|
İstiqrazların növü və forması |
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz |
|
Ticarət üsulu/forması |
Kütləvi / Birqiymətli Hərrac |
|
İstiqrazların sayı |
950 (ədəd) |
|
İlkin ticarət qiyməti |
5,000 manat |
|
İstiqrazların buraxılış həcmi |
4,750,000 manat |
|
Kupon faizi |
15% |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ilindən bir (bir ildə 360 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
|
Tədavül müddəti |
5 il |
|
Hərrac qiyməti* |
5,000 manat |
|
Reallaşdırılmış həcm |
4,750,000 manat |
|
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
4,750,000 manat |
|
İnvestor sayı |
50 |
|
Sifariş sayı |
50 |
|
Anderrayter |
“CPM-İnvest İnvestisiya Şirkəti” ASC |
