Dünya əmtəə bazarlarında neft qiymətlərində azalma qeydə alınıb.
Finss.az xəbər verir ki, “ICE London” qitələrarası birjasında keçirilən ticarət sessiyası zamanı “Brent” markalı neftin 2026-cı ilin aprel ayı üzrə fyuçers müqaviləsinin qiyməti 2,1 faiz ucuzlaşaraq bir barel üçün 68 ABŞ dollarına enib.
Eyni zamanda, Nyu-Yorkun “NYMEX” əmtəə birjasında 2026-cı ilin mart ayı üzrə “WTI” markalı neftin fyuçers qiyməti də 2,1 faiz azalaraq 1 barel üçün 63,77 ABŞ dolları səviyyəsində qərarlaşıb.
