Finss.az - Azərbaycan Mərkəzi Bankı 3 fevral 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.
Bülletenə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 Avro 2,0076 manat, 1 İngilis funt sterlinqi 2,3269 manat, 1 Avstraliya dolları 1,1914 manat, 1 Kanada dolları 1,2443 manat, 1 İsveçrə frankı 2,1844 manat, 1 Çin yuanı 0,2450 manat, 1 Gürcü larisi 0,6320 manat səviyyəsində müəyyən edilib.
Digər valyutalar üzrə 100 Yapon yeni 1,0938 manat, 100 Rusiya rublu 2,2193 manat, 100 Qazaxıstan tengəsi 0,3360 manat, 100 Macarıstan forinti 0,5269 manat, 1 Türk lirəsi 0,0391 manat təşkil edib.
Bank metalları üzrə rəsmi göstəricilərə görə, 1 troy unsiya qızıl 8 180,0430 manat, 1 troy unsiya gümüş 141,9025 manat, 1 troy unsiya platin 3 659,3435 manat, 1 troy unsiya palladium 2 980,1255 manat olub.
Mərkəzi Bank vurğulayıb ki, göstərilən məzənnələr üzrə xarici valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı hər hansı öhdəlik daşınmır.
