BİRJA

02 Fevral

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Azərbaycan Mərkəzi Bankı 2 fevral 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.

Bülletenə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 Avro 2,0166 manat, 1 İngilis funt sterlinqi 2,3260 manat, 1 Avstraliya dolları 1,1799 manat, 1 Kanada dolları 1,2459 manat, 1 İsveçrə frankı 2,2008 manat, 1 Çin yuanı 0,2445 manat, 1 Gürcü larisi 0,6316 manat səviyyəsində müəyyən edilib.

Digər valyutalar üzrə 100 Yapon yeni 1,0978 manat, 100 Rusiya rublu 2,2300 manat, 100 Qazaxıstan tengəsi 0,3374 manat, 100 Macarıstan forinti 0,5284 manat, 1 Türk lirəsi 0,0391 manat təşkil edib.

Bank metalları üzrə rəsmi göstəricilərə görə, 1 troy unsiya qızıl 7 950,7215 manat, 1 troy unsiya gümüş 134,4703 manat, 1 troy unsiya platin 3 523,3010 manat, 1 troy unsiya palladium 2 778,4545 manat olub.

Mərkəzi Bank bildirib ki, göstərilən məzənnələr üzrə xarici valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı hər hansı öhdəlik daşınmır.