BİRJA

02 Fevral

Bitcoin minimumlara yaxınlaşır

Finss.az - Bitcoin bazar ertəsi günü apreldən bəri ən aşağı səviyyələrə yaxın ticarət olunub.

Həftəsonu baş verən kəskin satış dalğası fonunda qiymətlər 75 min dollar həddinədək geriləyib. Leverec (kredit çiyni) ilə açılmış mövqelərin kütləvi likvidasiyası və artan makroiqtisadi qeyri-müəyyənlik kriptobazarda təzyiqi artırıb.

Bakı vaxtı ilə 04:25-də Bitcoin son olaraq 2,3% ucuzlaşaraq 77 133 dollar səviyyəsində ticarət olunub. Qiymət sessiya ərzində 75 766 dollaradək enib ki, bu da təxminən son 10 ayın minimum göstəricisidir. Kriptovalyuta eyni zamanda təxminən 70 min dollar olan 15 aylıq minimuma da yaxınlaşıb.

Həftəsonu baş verən eniş rəqəmsal aktivlər bazarında genişmiqyaslı itkilərlə müşayiət olunub. CoinGecko məlumatına görə, son 24 saatda kriptobazarın ümumi kapitallaşması təxminən 111 mlrd dollar azalıb.

Coinglass platformasının hesablamalarına əsasən, qiymətlərin sürətli düşməsi fonunda leverecli mövqelər üzrə təxminən 1,6 mlrd dollar həcmində likvidasiya baş verib. Aşağı likvidlik, xüsusilə həftəsonu ticarət saatlarında, satışları daha da sürətləndirib. Stop-loss əmrləri və marja çağırışları (margin call) enişi dərinləşdirərək volatilliyi artırıb.

FED rəhbərliyi ilə bağlı xəbər risk iştahını zəiflətdi

Kriptobazarda təzyiqin artmasına səbəb olan amillərdən biri də ABŞ-da pul-kredit siyasəti ilə bağlı gözləntilərin dəyişməsidir. ABŞ prezidenti Donald Tramp Kevin Uorşu FED növbəti sədri vəzifəsinə namizəd göstərib.

Keçmiş FED idarəçisi olan Uorş daha sərt monetar mövqeyi və inflyasiyaya qarşı sərt yanaşması ilə tanınır. Analitiklər hesab edir ki, daha sərt maliyyə şərtləri və balansın kiçildilməsi siyasəti likvidliyin azalmasına gətirib çıxara bilər ki, bu da adətən kriptovalyutalar kimi riskli və spekulyativ aktivlərə marağı azaldır.

StoneX Group-un analitiki Devid Skattın sözlərinə görə, Uorşun əvvəllər kəmiyyət yumşalmasına (QE) yönəlik tənqidi mövqeyi və FED balansının genişləndirilməsinə qarşı çıxması valyuta dəyərsizləşməsi riskinə qarşı qurulmuş mövqelərin — o cümlədən bitcoin üzrə alışların — sürətlə bağlanmasına səbəb olub.

Bitcoin ötən il qeydə alınmış rekord səviyyələrdən sonra qazancının əhəmiyyətli hissəsini itirib. Həmin yüksəliş əsasən institusional marağın artması və daha yumşaq maliyyə şərtləri gözləntiləri ilə bağlı idi.

Altcoinlərdə eniş daha dərin olub

Bazar ertəsi əksər altcoinlərdə də satışlar davam edib:

  • Ethereum (ETH) – 6,6% azalaraq 2 290 dollar səviyyəsinə düşüb və 7 aylıq minimuma yaxınlaşıb

  • XRP – 4,4% ucuzlaşaraq 1,59 dollar olub

  • Solana – 3% geriləyib

  • CardanoPolygon – hər biri təxminən 1,5% enib

Mem-tokenlər arasında Dogecoin$TRUMP tokenində də zəif azalma qeydə alınıb.