BİRJA

30 Yanvar

“FINCA Azerbaijan” 9% gəlirliliklə 1 milyon dollarlıq istiqraz buraxır

Finss.az - 30 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilib.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

Emitentin adı

"FINCA Azerbaijan" MM QBKT

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2014019205

İstiqrazların növü və forması

Faizli, təmin edilməmiş, sənədsiz, adlı istiqrazlar

Ticarət üsulu/forması

Kütləvi/ Birqiymətli hərrac

İstiqrazların sayı

10,000 ədəd

İlkin ticarət qiyməti

100 ABŞ dolları

İstiqrazların buraxılış həcmi

1,000,000 ABŞ dolları

İllik gəlirlilik faizi

9%

Ödəmə Periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından
bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

24 ay

Ticarətə buraxılma tarixi

Emitent tərəfindən bildiriləcək

Anderrayter

  “Unicapital İnvestisiya Şirkəti” ASC