BİRJA

29 Yanvar

"FNC BOKT" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

Finss.az -  29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FNC BOKT" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.

Qeyd olunan qiymətli kağızların yerləşdirilməsi üzrə hərrac 05.02.2026-cı il tarixində keçiriləcəkdir.

İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.

İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:

 

Emitentin adı

"FNC BOKT" QSC

Dövlət qeydiyyat nömrəsi – İSİN

AZ2001024242

İstiqrazın növü və forması

Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz

Ticarət üsulu / forması

Kütləvi / Birqiymətli Hərrac

İstiqrazların sayı

950 (ədəd)

İlkin ticarət qiyməti

5,000 manat

İstiqrazların buraxılış həcmi

4,750,000 manat

İllik gəlirlilik faizi

15%

Ödəmə periodu

İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 1 (bir) təqvim ilindən bir (bir ildə 360 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir

Tədavül müddəti

5 il

Ticarətə buraxılma tarixi

05.02.2026

Anderrayter

 “CPM-İnvest İnvestisiya Şirkəti” ASC