Finss.az - 29 yanvar 2026-cı il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FINCA Azerbaijan" MM QBKT-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Sözügedən istiqrazlara 5 dekabr 2025-ci il tarixində ticarətə icazə verilmiş, lakin emitent tərəfindən müəyyən edilmiş müddət ərzində ticarət həyata keçirilmədiyindən həmin icazənin qüvvədə olma müddəti başa çatmışdır. Emitentin müraciəti əsasında, Bakı Fond Birjasının Listinq Komitəsinin müvafiq qərarı ilə istiqrazların ticarətinə yenidən icazə verilmişdir.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentin profili” bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
|
Emitentin adı |
"FINCA Azerbaijan" MM QBKT |
|
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2011019208 |
|
İstiqrazların növü və forması |
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar |
|
Ticarət üsulu/forması |
Kütləvi/ Rəqabətli hərrac |
|
İstiqrazların sayı |
40,000 ədəd |
|
İlkin ticarət qiyməti |
100 manat |
|
İstiqrazların buraxılış həcmi |
4,000,000 manat |
|
İllik gəlirlilik faizi |
15% |
|
Ödəmə Periodu |
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir |
|
Tədavül müddəti |
24 ay |
|
Ticarətə buraxılma tarixi |
Emitent tərəfindən bildiriləcək |
|
Anderrayter |
“PAŞA Kapital İnvestisiya Şirkəti” QSC |
