BİRJA

29 Yanvar

Azərbaycan Mərkəzi Bankı rəsmi valyuta və bank metallarının məzənnəsi

Finss.az - Azərbaycan Mərkəzi Bankı 29 yanvar 2026-cı il tarixindən etibarən xarici valyutaların və bank metallarının Azərbaycan manatına qarşı rəsmi məzənnələrini açıqlayıb.

Rəsmi bülletenə əsasən, 1 ABŞ dolları 1,7000 manat, 1 Avro 2,0386 manat, 1 İngilis funt sterlinqi 2,3529 manat, 1 Avstraliya dolları 1,2054 manat, 1 Kanada dolları 1,2573 manat, 1 İsveçrə frankı 2,2218 manat, 1 Çin yuanı 0,2447 manat, 1 Gürcü larisi 0,6320 manat səviyyəsində müəyyən edilib.

Digər valyutalar üzrə 100 Yapon yeni 1,1114 manat, 100 Rusiya rublu 2,2208 manat, 100 Qazaxıstan tengəsi 0,3366 manat, 100 Macarıstan forinti 0,5359 manat, 1 Türk lirəsi 0,0392 manat təşkil edib.

Bank metalları üzrə rəsmi göstəricilərə görə, 1 troy unsiya qızıl 9 446,8660 manat, 1 troy unsiya gümüş 201,3319 manat, 1 troy unsiya platin 4 732,6470 manat, 1 troy unsiya palladium 3 586,8640 manat olub.

Mərkəzi Bank bildirib ki, göstərilən məzənnələr üzrə xarici valyutaların və bank metallarının alqı-satqısı ilə bağlı hər hansı öhdəlik daşınmır.