BİRJA

29 Yanvar

Mikromaliyyə təşkilatlarına borc bazarına çıxış asanlaşdı – Oqtay Qasımov

Bakı Fond Birjası (BFB) mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi 1 milyon manatdan 500 min manata endirib.

Finss.az xəbər verir ki, bu barədə məlumatı BFB-nin Baş İcraçı direktorun müavini və Baş Kommersiya inzibatçısı Oqtay Qasımov Bakıda keçirilən Mikromaliyyə Forumunda verib.

Onun sözlərinə görə, Bakı Fond Birjasının standart listinq seqmenti və əsas bazar listinq seqmenti var:

"Əsas bazar seqmenti daha böyük və inkişaf etmiş şirkətlər üçün nəzərdə tutulub. Standart bazar seqmenti inkişafda olan, daha xırda şirkətlər üçün nəzərdə tutulub. Borc bazarı seqmentində nominal minimal tələb bir milyon manat təşkil edir. Mikromaliyyə təşkilatlarına əlçatanlığı artırmaq üçün bu məbləği yarıya endirdik – 500 min manat təşkil edəcək. Bu barədə artıq qərar verilib, yaxın zamanda açıqlanacaq”.

O.Qasımov qeyd edib edib ki, bu qərar mikromaliyyə təşkilatlarının borc bazarına çıxışını asanlaşdırmaq məqsədilə qəbul olunub və yaxın zamanda rəsmi olaraq qüvvəyə minəcək.

Fuad Mədətov
Finss.az