BİRJA

29 Yanvar

Dünya birjalarında neft bahalaşıb

ICE London” qitələrarası birjasında keçirilən ticarət əməliyyatları zamanı “Brent” markalı neftin ixracına dair 2026-cı ilin aprel müqaviləsinin dəyəri artım nümayiş etdirib.

Finss.az xəbər verir ki, “Brent” neftinin qiyməti 1,4% bahalaşaraq 1 barel üçün 68,31 ABŞ dolları səviyyəsində formalaşıb.

Oxşar dinamika Nyu-Yorkun “NYMEX” əmtəə birjasında da qeydə alınıb. Belə ki, 2026-cı ilin mart ayında ixrac olunacaq “WTI” markalı neftin 1 barelinin qiyməti 1,61% artaraq 64,23 ABŞ dollarına bərabər olub.